voicepress.az

SON DƏQİQƏ

Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi

21-05-2019, 01:29

Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi
Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nda dəyişiklik edib.

VOİCEPRESS.AZ xəbər verir ki, qüvvədə olan Qaydaya əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Dəyişikliyə əsasən, müddətə dair tələb dəyişib. Başqa sözlə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 939
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter