voicepress.az

SON DƏQİQƏ

Vahid Əhmədov: “Hüquqi şəxslərin problemli kreditləri məsələsinə də baxılacaq”

15-05-2019, 09:47

Vahid Əhmədov: “Hüquqi şəxslərin problemli kreditləri məsələsinə də baxılacaq”

“Məndə olan məlumata görə, hüquqi şəxslərin devalvasiya ərəfəsində götürdüyü 10 min dollardan yuxarı kreditlər üçün güzəşt tətbiq edilməsi üçün iş gedir”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, hazırda əsas diqqət ölkə rəhbərinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verdiyi fərmanın icrasının vaxtında yerinə yetirilməsinə yönəlib:

“Fiziki şəxslərin 10 min dollara qədər olan kreditlərilə bağlı kompensasiya məsələsi tam olaraq yekunlaşmalıdır. Hazırda banklar da tam surətdə prosesin yekunlaşmasına çalışırlar. Hesab edirəm ki, bu istiqamətə ciddi problemlər yoxdur”.

Parlamentarinin sözlərinə görə, fiziki şəxslərin problemli kreditlər məsələsi tam yekunlaşdıqdan sonra hüquqi şəxslərin problemli kreditləri məsələsinə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov “10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərin görə cavabdehdirlər” açıqlamasını verib.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 033
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter