voicepress.az

SON DƏQİQƏ

“9 milyon manata ehtiyac var” – Nazirlik rəsmisi

26-04-2019, 16:17

“9 milyon manata ehtiyac var” – Nazirlik rəsmisi

“Azərbaycanda aqrar sığortanın tətbiqi üçün ilkin mərhələdə təxminən 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Milli Məclisdə, "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsində bildirib.

Mirzə Əliyevin sözlərinə görə, bu sahədə subsidiyalaşdırma üçün vəsait lazımdır.

“Birinci il 8,5 milyon manat, ikinci il 10 milyon manat, növbəti illərdə 12,5-13 milyon manat vəsait lazım olacaq. Aqrar sığorta mezanizminin tam gücü ilə işləyəcəyi 10-cu ildən sonra isə həmin məbləğ azalacaq. Çünki bu növ sığorta özünü maliyyə cəhətdən təmin edəcək”.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 018
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter