voicepress.az

SON DƏQİQƏ

Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək

14-03-2019, 11:22

Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək

Azərbaycana sıxılmış qazla (CNG) işləyən avtobusların idxalı 2020-ci ildən sonra 5 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Şəkidə jurnalistlər üçün təşkil edilən təlimin ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC-nin avtobusları da sıxılmış qazla işləyir. Bu il martın 8-dən isə məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 733
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter