voicepress.az

SON DƏQİQƏ

Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir

13-03-2019, 13:30

Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir

Norveçin “Norwegian” hava yolu şirkəti “Boeing 737 Max8” təyyarəsinin martın 10-da Efiopiyadakı qəzasından sonra malik olduğu 18 ədəd həmin tipli təyyarəni işlədə bilməyəcəyi üçün təyyarələrin istehsalçısı “Boeing” şirkətinə qarşı iddia irəli sürmək niyyətindədir.

VOİCEPRESS.AZ “E24”-ə istinadən xəbər verir ki, bu barədə hava yolu şirkətinin mətbuat katibi Lasse Sandaker Nilsen bildirib.

O deyib ki, bütövlükdə, “Boeing”dən təzminat istəyəcəyik: "Biz tam yeni təyyarə işlədə bilmədiyimiz üzündən iqtisadi sıxıntılar çəkməli deyilik.”

Şirkətin mətbuat katibi tələb edəcəkləri vəsaitin məbləğini açıqlamayıb.

Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) “Boeing 737 Max8” və “Boeing 737-9 Max” tipli təyyarələrin Avropa İttifaqı məkanında istifadəsinə müvəqqəti qadağa qoyub.

Bununla yanaşı, “Boeing 737 Max8” tipli təyyarələrin işlətməsi Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Çin, Cənubi Koreya, Oman kimi ölkələrin hava yolu şirkətləri tərəfindən dayandırılıb.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 176
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter