voicepress.az

SON DƏQİQƏ

Azərbaycanın gündəlik neft hasilatı açıqlandı

11-03-2019, 10:05

Azərbaycanın gündəlik neft hasilatı açıqlandı

Azərbaycanda fevral ayı üzrə gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 722 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 572,9 min barrel xam neft, 84 min barrel kondensat, 18 min barrel isə neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edilib.

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 874
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter