voicepress.az

SON DƏQİQƏ

Fərman devalvasiyadan əvvəl dollarla götürülmüş kreditlərə də şamil ediləcək - RƏSMİ

7-03-2019, 15:26

Fərman devalvasiyadan əvvəl dollarla götürülmüş kreditlərə də şamil ediləcək - RƏSMİ

Ölkə Prezidentinin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərmanla bağlı hələ də cavabsız suallar var.

VOİCEPRESS.AZ bildirir ki, Modern.az həmin suallarla bağlı Maliyyə Nazirliyinə müraciət edib. Maliyyə Nazirliyinin “Online müraciət” bölməsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, borcalanlara 2012-ci ildən tez olmayaraq götürdükləri və məbləği 10 min dollaradək olan kreditlər üzrə kompensasiyanın verilməsi nəzərdə tutulur.:

“Vətəndaş 2015-ci il fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək”.

Həmçinin, qeyd olunub ki, Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslər sonradan banklardan manatla kredit alaraq, dollarla olan krediti bağlasalar belə, onlar Prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar.

Rəsmi məlumata görə, məbləği 10 000 (on min) ABŞ dollarınadək bütün xarici valyutada olan kreditlərə güzəşt şamil ediləcək.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 514
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter