voicepress.az

SON DƏQİQƏ

Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

28-02-2019, 11:39

Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü

27 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

VOİCEPRESS.AZ xəbər verir ki, görüş zamanı Borge Brende nazir Elmar Məmmədyarovu 2019-cu ilin 6-7 aprel tarixlərində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət edib. B.Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, nazir Elmar Məmmədyarov Cenevrəyə səfərinin məqsədləri ilə bölüşüb, eləcə də Azərbaycanın 2019-cu ilin oktyabr ayının 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 18-ci sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb.

Nazir Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan hazırkı danışıqlar prosesi barədə məlumat verib.

Görüş zamanı, həmçinin regional və qlobal gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparılıb.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 10 096
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter