voicepress.az

SON DƏQİQƏ

Mərkəzi Bankda problemli kreditlərə görə güzəşt paketi müzakirə olundu - Qərar qəbul edildi

28-02-2019, 10:46

Mərkəzi Bankda problemli kreditlərə görə güzəşt paketi müzakirə olundu - Qərar qəbul edildi

Dünən Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.

Etibarlı mənbədən aldığımız məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələr zamanı güzəştlər paketinə dair müəyyən qərarlar qəbul edilib.

Qəbul edilmiş qərarlar isə Maliyyə Nazirliyinə və müvafiq qurumlara göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 797
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter