voicepress.az

SON DƏQİQƏ

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey

19-02-2019, 20:18

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey

“Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sahəsində sazişin imzalanmasından hər iki tərəf qazanacaq”.

VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey jurnalistlərə bildirib.

Azərbaycanın hava nəqliyyatı sahəsində geniş klasteri yüksək qiymətləndirən və Bakıdakı müasir və rahat Heydər Əliyev Beynəlxalq Hava Limanını da bunun ifadəsi kimi dəyərləndirən diplomat Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sahəsindəki sazişə dair altı ildir danışıqlar getdiyini qeyd edib.

“Son bir-iki il ərzində danışıqlarda elə bir irəliləyiş olmasa da, son vaxtlar müəyyən tərəqqi hiss olunur”, - deyə vurğulayan baş direktor danışıqların növbəti mərhələsinin gələn ay keçirilə biləcəyini də diqqətə çatdırıb.

“Hələlik müzakirələr davam etdirildiyindən təfərrüatlara varmaq istəmirəm. Hər danışıqda tərəflər nəticədən razı qalmalıdır. Danışıqların bu il başa çatdırıla biləcəyinə ümidvaram, amma əsas məsələ keyfiyyətdir”, - deyən H.Hololey hazırkı səfər çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan tərəfinin sözügedən məsələdə maraqlı olduğunu hiss etdiyini bildirib.

Henrik Hololey bildirib ki, Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın inkişafında maraqlıdır: “Azərbaycana səfərimin əsas məqsədi Azərbaycanla Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun bu gün keçirilən ilk iclasında iştirak etməkdir. Görüşlər zamanı nəqliyyata aid bütün məsələləri, o cümlədən müxtəlif nəqliyyat dəhlizləri ilə bağlı istər mövcud vəziyyəti, istərsə də gələcək planları müzakirə etmişik”.

Avropa Komissiyasının rəsmisi Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Heydər ƏliyevBeynəlxalq Hava Limanı kimi, iri nəqliyyat layihələrinə Azərbaycanın sərmayələr yatırdığını xatırladıb: “Mövcud infrastrukturdan daha səmərəli istifadə etmək üçün qonşu Gürcüstan və Türkiyə ilə əməkdaşlıq vacib şərtdir".

H.Hololey Lapis-Lazuli, Şimal-Cənub kimi mühüm regional nəqliyyat dəhlizlərinin Azərbaycandan keçdiyini, Aİ ilə Azərbaycan arasında yol təhlükəsizliyi sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 402
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter