voicepress.az

SON DƏQİQƏ

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev

18-02-2019, 21:37

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev

“Sadəcə malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və bəyan edilməsi, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı köklü islahatların həyata keçirilməsi nəticəsində 1 milyarddan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub”. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə bu gün keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev məlumat veribib.

Səfər Mehdiyev, həmçinin, şəffaflığın təmin edilməsi, sahibkarlara münbit şəraitin yaradılması, maliyyə intizamının gücləndirilməsi, vergi uçotunun düzgün təşkil edilməsi istiqamətində görülən işlərdən danışıb və Vergilər Nazrliyi ilə birlikdə həyata keçirilən fəaliyyətdən bəhs edib.

Bildirilib ki, Prezident İlham Əliyevin bu sahədə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsilə əlaqədar Vergilər Nazirliyi ilə birlikdə uğurlu layihələr həyata keçirilib, vergi uçotunun qurulması, birgə elektron uçot sisteminin təşkili və iki qurumun sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülüb. Nəticədə, ticarət dövriyyəsi artıb və "kölgə iqtisadiyyatı"na ağır zərbə vurulub.

Komitə sədri əldə edilən uğurları şəffaflığın təmin edilməsi, Risklərin İdarəedilməsi Mərkəzinin formalaşdırılması, sahibkarlara münbit şəraitin yaradılması ilə əlaqələndirib. Ötən il dekabrın 21-də "Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanın isə ölkənin iqtisadi inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində son illər hazırlanan ən mühüm sənəd olduğu vurğulanıb. Səfər Mehdiyev onu da bildirib ki, bu fərman həm də könüllü riayət mədəniyyətinin formalaşmasına şərait yaradacaq ki, bu da şəffaflığın təmin olunmasında mühüm addımlardan hesab olunur.

Artıq 100-dən çox şirkətin "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnu əldə etdiyini bildirən Komitə sədri bu il sistemin ixracda tam, idxalda isə 35-40 faiz tətbiq ediləcəyini bildirib.

Səfər Mehdiyev həmçinin bildirib ki, artıq 9 ölkə üzrə ticarət əməliyyatları ilə bağlı on-layn rejimdə əvvəlcədən məlumat mübadiləsi həyata keçirilir, bu da şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılmasına münbit şərait yaradır.

Fevralın 1-dən qısa idxal bəyannamələrinin tətbiqinin həyata keçirildiyini də diqqətə çatdıran Komitə sədri qeyd edib ki, bu sənəd elektron idarəetmə sistemi vasitəsilə vergi orqanlarına da ötürülür və birgə fəaliyyət nəticəsində haqsız rəqabət aradan qaldırılır, şəffaflığın təmin olunmasına münbit zəmin yaradılır.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 573
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter