voicepress.az

SON DƏQİQƏ

“Azəriqaz” əhali sektoru üzrə 92 mindən artıq yeni abonenti qeydiyyata alıb

14-01-2019, 14:41

2018-ci il ərzində ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 92 313 yeni abonent qeydiyyata alınıb.

VOİCEPRESS.AZ-ın “Azəriqaz”a istinadənn verdiyi məlumata görə, bunun da 50 515-i Bakı, Abşeron və Sumqayıt, 41 798-i isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 185 460-a çatıb.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 131
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter