voicepress.az

SON DƏQİQƏ

On altı sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək

14-01-2019, 12:39

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2019-cu ildə də sahibkar və menecerlər Almaniyada təcrübə keçəcəklər.

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar.

Almaniya-Azərbaycan birgə Proqramına əsasən, 16 sahibkar və menecerdən ibarət ilk qrup 25 mart – 19 aprel 2019-cu il tarixlərində Almaniyanın Hamburq şəhərində yerləşən “Beynəlxalq Akademiya” Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçəcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində qrup üzvlərinin səfərə hazırlığı, onların məlumatlandırılması məqsədilə görüş keçirilib. Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Nadir Adilov və qurumun digər əməkdaşları sahibkarların nəzəri biliklərinin artırılması, müasir idarəetmə təcrübəsinə yiyələnməsi, peşə-hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, sahibkar və menecerlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə indiyə qədər 379 sahibkar və menecer sözügedən proqram çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 675
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter