voicepress.az

SON DƏQİQƏ

İlham Əliyev: Cənub Qaz Dəhlizi Azərbaycana iqtisadi və maliyyə mənfəəti gətirəcək

11-01-2019, 23:22

Cənub Qaz Dəhlizi Azərbaycana iqtisadi və maliyyə mənfəəti gətirəcək.

VOİCEPRESS.AZ xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Keçən ilin bir neçə önəmli hadisəsini qeyd edən dövlətimizin başçısı bildirib ki, ötən il üçüncü peyk orbitə buraxılıb və Azərbaycan kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib. “Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur”.

Prezident qeyd edib ki, ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün keçən il çox önəmli hadisə baş verib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başlayıb. Beləliklə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada təsdiqlədi.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 616
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter