voicepress.az

SON DƏQİQƏ

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

11-01-2019, 16:28

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qeyd edək ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

- Maliyyə vəziyyəti haqqında;

- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə, yalnız həmin formanı doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Nazirlik QHT-lərdən illik maliyyə hesabatların elektron alınması məqsədilə “Elektron hesabatlılıq proqramı” hazırlayıb, www.qht-hesabat.maliyye.gov.az linki vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək olar.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 817
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter