voicepress.az

SON DƏQİQƏ

Ötən il Azərbaycanda orta gündəlik neft hasilatı 792,6 min barel təşkil edib

9-01-2019, 15:35

Azərbaycanda ötən ilin dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barel olub. Bunun 721 min barelini xam neft, 69 min barelini kondensat təşkil edib.

VOİCEPRESS.AZ bildirir ki, bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Gündəlik 617 min barel xam neft, 69 min barel kondensat, 13,4 min barel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barel təşkil edib.

Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaq öhdəliyi götürmüşdü.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 499
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter