voicepress.az

SON DƏQİQƏ

Azərbaycan nefti yenidən ucuzlaşdı

15-11-2018, 00:23

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 68,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 3,95 dollar/barel azdır. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 13-də 63,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 13-də 65,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,95 dollar/barel azdır.







VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 787
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter