voicepress.az

SON DƏQİQƏ

Azərbaycan nefti ucuzlaşdı

31-10-2018, 23:40

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 77,37 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,22 dollar/barel azdır. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 76,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 30-da 73,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 30-da 75,84 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel azdır.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 290
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter