voicepress.az

SON DƏQİQƏ

Azərbaycan nefti 65 dollaradək ucuzlaşdı

12-02-2018, 23:33

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 65,2 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,41 dollar/barel azdır. VOİCEPRESS-in nverdiyi xəbərə görə, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 64,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,4 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 60,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 62,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.



VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 848
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter