voicepress.az

SON DƏQİQƏ

Lənkəranda qış otelləri tikilir

5-01-2018, 12:00

Qış turizmi üçün ölkənin cənub bölgəsi olan Lənkərana axın edənlərin sayı artıb.

VOİCEPRESS.AZ xəbər verir ki, ötən ilin sonlarından Lənkəranda qış turizminə maraq göstərənlərin az olmağı bəlli olub. Bir tərəfdən Talış dağları, digər tərəfdən isə Xəzər dənizi ilə əhatə olunması Lənkəran rayonunu turistlər üçün cəlbedici edib. Ötən ilin dekabr ayında Lənkəranda keçirilən “Çay, çəltik və sitrus festivalı” da rayona turist axınına səbəb olub.

Xüsusilə qış fəsli başlayandan turistlərin sayının artdığını nəzərə alaraq Lənkəranda iki böyük otelin inşasına başlanılıb. Bu otel komplekslərindən biri məhz dağlıq ərazidə yerləşir. Məlumata görə, 2018-ci ildə bu istirahət mərkəzləri turistlərin ixtiyarına veriləcək.

VOİCEPRESS.AZ-ın məlumatına görə, Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov axar.az-a verdiyi açıqlamada bildirib ki, əslində əvvəllər Lənkəranda təkcə 4-5 ay turizm mövsümü sayılırdı. Ancaq indi ilin bütün aylarında burada turist görmək olur:

“Təkcə 2017-ci ilin 11 ayı ərzində Lənkərana 20 mindən artıq turist gəlib. Keçən il qış mövsümü ərzində 1500 turist qəbul edən Lənkəranda təkcə noyabr ayında 3 mindən artıq turist olub”.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 533
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter