voicepress.az

SON DƏQİQƏ

Külək enerjisindən elektrik istehsalı rekord həddə çatıb

22-12-2017, 10:43

"The Independent" yazır ki, Britaniyada bərpa olunan enerji növlərindən elektrik istehsalı rekord səviyyəyə çatıb.

Hökumətin yeni hesabatına görə bərpa olunan enerji növlərindən istifadə 2017-ci ildə 5 faiz artaraq bütün elektrik istehsalının 30 faizini təşkil edib.

Energy and Climate Intelligence Unit firmasından professor Jonathan Marshall deyib ki, beləliklə də bərpa olunan enerji növlərinin Britaniyanın elektrik istehsalında əhəmiyyətli rol oynaya bilməyəcəyinə dair iddianın "tabutuna mismar çalınıb".

Hesabatda deyilir ki, aşağı karbonlu elektrikin payı əsas etibarilə külək enerjisindən istifadənin sayəsində 54, 4 faizə çatıb.

Lakin məqalədə bu da qeyd olunur ki, aşağı karbonlu elektrik dedikdə həm də nüvə enerjisindən alınan elektrik nəzərdə tutulur.

Buna baxmayaraq "təmiz elektrikin" faizində külək enerjisinin payı artmaqla, nüvə enerjisinin rolu bir qədər azalıb.

Professor Marshall deyir ki, bu rəqəmlər bərpa olunan enerji növlərinin Britaniyada etibarlı enerji təchizatı üçün mənbə ola biləcəyini göstərir.

Ekspert bildirib ki, ölkədə günəş panelləri və külək turbinləri qoyulmağa başlayanda bir çoxları proqnozlaşdırılması mümkün olmayan enerji növlərindən etibarlı təchizatın təmin olunacağına inanmırdılar.

Ölkədə 2008-c il İqlim Dəyişikliyi qanunu qəbul olunanadək enerji sənayesinin nümayəndələri və bir çox siyasətçilər bərpa olunan enerji növlərinin müasir iqtisadiyyatla ayaqlaşa biləcəyinə şübhə edirdilər.

Britaniyada 2016-cı ildə bütün enerji istehlakının 17, 5 faizini elektrik enerjisi təşkil edib.

Bu pay ümumilikdə az olsa da, mənbəyini əsasən bərpa oluna bilən enerji mənbələrindən alıb.

Britaniyada külək turbinlərinin quru ərazilərdə tikilməsi çoxsaylı etirazlarlara səbəb olduqdan sonra, indi onları əsasən dənizdə qururlar. Bu, baha başa gəlsə də, enerji istehsalı baxımından daha səmərəlidir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 194
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter