voicepress.az

SON DƏQİQƏ

Bitkoinin məzənnəsi kəskin azaldı

22-12-2017, 10:08

Hazırda dünyada ən populyar kriptovalyuta olan bitkoinin məzənnəsi sutka ərzində 18 faiz - 13 030 dollaradək azalıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, ötən bazar bitkoinin məzənnəsi 20 min dollara çatmışdı. Belə olan halda, rekord göstəricisi ilə müqayisədə bitkoinin məzənnəsi 30 faiz ucuzlaşıb.

"Bitcoin Cash" alternativ kriptovalyutası da 30 faiz - 2536 dollaradək azalıb.

Ekspertlər məzənnəyə bu kriptovalyutanın gələcəyi ilə bağlı neqativ proqnozların təsir etdiyi qənaətindədirlər. Belə ki, "Bitcoin.com" şirkətinin həmtəsisçisi Emil Oldenburq bəyan edib ki, bitkoinin ticari valyuta kimi perspektivi yoxdur. Bitkoinin leqallaşdırıldığı azsaylı ölkələrdən biri olan Yaponiyanın maliyyə naziri isə bu kriptovalyutanın etibarlı aktiv olmadığını hesab edir.


"CoinMarketCap"ın hesabatına əsasən, kriptovalyuta bazarının kapitallaşması hazırda 589,472 milyard dollar təşkil edir. Bitkoinin payı isə burada təxminən 48,3%-dir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 310
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter