voicepress.az

SON DƏQİQƏ

Azərbaycana 250 milyon dollar ayrıla bilər

5-11-2017, 09:03

Asiya İnkişaf Bankı (AİB) enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üçün Azərbaycana gələn il 250 milyon dollar dəyərində daha bir tranşın ayrılmasını istisna etmir.
VOİCEPRESS
bildirir ki, bunu trend-ə Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib.

Ölkənin enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üzrə bir milyard dollar dəyərində saziş 2015-ci ildə imzalanıb. Sazişə əsasən 750 milyon dolları AİB, 250 milyon dolları hökumət təqdim edir.

N.Mannapbekovun sözlərinə görə, 2016-cı ilin sentyabrından 2017-ci ilin sentyabrınadək 250 milyon dollarlıq ilk tranşın həcmində müqavilələr imzalanıb və 32 sublayihə üzrə 108 milyon dollardan çox ödəmələr həyata keçirilib.

Ümumilikdə bank regionda enerji sahəsində 25-ə yaxın layihə həyata keçirir. N.Mannapbekov qeyd edib ki, reallaşdırma baxımından bu, AİB-in ən uğurlu layihəsidir.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 866
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter