voicepress.az

SON DƏQİQƏ

Aİ və Azərbaycan kənd təsərrüfatı məhsullarının ticarətini genişləndirməlidir

3-11-2017, 12:09

Avropa İttifaqı (Aİ) və Azərbaycan kənd təsərrüfatı məhsullarının ticarətini genişləndirməlidir.
VOİCEPRESS
xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas elektron sığortanın tətbiqi layihəsi ilə bağlı yekun konfrans zamanı deyib.

Səfirin sözlərinə görə, Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olmasına baxmayaraq, tərəflər arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsi aşağı səviyyədədir: "2012-ci illə müqayisədə Azərbaycandan Aİ-yə kənd təsərrüfatı məhsullarının ixracı dörd dəfə artıb. Amma hesab edirəm ki, bu sahədə inkişaf üçün daha böyük potensial var".

K.Yankauskas onu da qeyd edib ki, Aİ Azərbaycana kənd təsərrüfatının və kənd regionlarının inkişafı üçün 70 milyon avro ayırıb ki, bu da ölkəyə ayrılan ümumi vəsaitin 40 faizini təşkil edir.

VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 868
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter