voicepress.az

SON DƏQİQƏ

Azərbaycan Gürcüstan iqtisadiyyatına xarici investisiyaların həcminə görə liderlik edir

10-09-2017, 12:04

2017-ci ilin ilk yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 224,2 milyon dollar investisiya qoyub. Bu, 2016-cı yanvar-iyun aylarında qeydə alınan göstəricidən 20,36 faiz azdır.

VOİCEPRESS-in məlumatına görə, bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatında deyilir.

Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 97,3 milyon dollar, ikinci rübündə 126,9 milyon dollar investisiya yerləşdirib.

Hesabata əsasən, Azərbaycan bu ölkənin iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcminə görə liderlik edir. Gürcüstana qoyulan bütün investisiyaların üçdə bir hissəsi Azərbaycanın payına düşür.

Bu sahədə xarici ölkələr arasında ikinci yerdə Türkiyə (120,8 milyon dollar), üçüncü yerdə Böyük Britaniya (111,6 milyon dollar) qərarlaşıb.

Ümumilikdə, bu ilin ilk yarısında xarici ölkələr Gürcüstan iqtisadiyyatına 751 milyon dollar investisiya yerləşdirib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 866
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter