• 12:16 – Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 11:52 – Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 11:29 – Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 11:21 – Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 14:33 – Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 
  • 21:11 – Millət vəkili İsveçrədə qaçqınlarla bağlı çağırış etdi 
  • 19:34 – Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 
  • 13:10 – Şəkidə xəsarət alanların SON DURUMU 

Azərbaycan və Türkiyə iş adamlarının yeni təşkilatı yaradıldı

Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib.

VOİCEPRESS
trend-ə istinadən xəbər verir ki, "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)" adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox sayda böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.

TUİB İdarə Heyətinin sədri olaraq Ali İhsan Genç seçilib. İdarə Heyəti sədrinin 1-ci müavini Hüseyn Büyükfırat, İdarə Heyəti sədrinin köməkçisi isə Birol Oğuz olacaq.

Azərbaycan və Türkiyənin mövcud potensialının qiymətləndirilməsi üçün hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək; real və məhsuldar məşğulluğu artırmaq, insanların rifahını yüksəldə biləcək fəaliyyət sahələrinə üstünlük vermək; təkliflər təqdim etmək, bütün tərəflərin məmnun qalmasını təmin etmək TÜİB-i əsas hədəfləri arasındadır.

Qurum bu məqsədlərə nail olmaq üçün Azərbaycanın və Türkiyənin dövlət orqanları, eləcə də biznes təşkilatları ilə geniş əlaqələr yaratmağa başlayıb.

Yarandığı ilk gündən biznes tədbirlərdə aktiv surətdə iştirak edən TUİB İdarə Heyətinin sədri A.Genç bildirib ki, yeni təşkilatın yaradılması Azərbaycanda biznes qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, biznes imkanlarının daha yaxşı təbliği və onlardan səmərəli istifadə olunmasına imkan verəcək: "Təşkilatımızın əsas məqsədlərindən biri onun üzvü olub-olmamasından asılı olmayaraq, Azərbaycanda çalışan türkiyəli iş adamlarının yolunu işıqlandıracaq addımlar atmaq və onları məlumatlandırmaqdır".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter