voicepress.az

SON DƏQİQƏ

Pərviz Heydərov: "Ölkədə təcili olaraq vergi islahatı həyata keçirilməsə, hazırki dinamik inkişaf "baş gicəllənməsi" yaradacaq"

22-02-2017, 14:31

"Amma ölkədə təcili olaraq vergi islahatı həyata keçirilməsə, import imkanları sadələşdirilməsə və ən əsası isə dollar dünya üzrə nisbətən ucuzlaşdırılmasa, hazırki dinamik inkişaf "baş gicəllənməsi" yaradacaq."

Bu sözləri VOİCEPRESS-ə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib:

"Amerikada 10-dan çox nəhəng istehsalçı şirkətlərin rəhbərləri ölkə qanunvericiliyinə müraciət ediblər ki, tezliklə idxal mallarının ucuzluğuna, ixrac üçün isə böyük çətinliklər yaradan, yəni onun bahalığına şərait yaradan vergi və rüsumlar da daxil hər cür mövcud maneələrin aradan qaldırılması məqsədilə müvafiq kompleks yanaşma nümayiş etdirsin ! Təsəvvür edin ki, sözügedən şirkətlər sırasına Boeing, Caterpillar, Raytheon, United Technologies kimi məşhur qurumlar daxildir...

Bu bir həqiqətdir ki, ABŞ məhsulları getdikcə daha bahalı xarakter daşıyır. Amerikaya idxal isə dünya ölkələrinin valyutaları ucuzlaşma yarışına daha dolğun şəkildə girdikcə, hər ay bir az da sərfəli xarakter daşımalı olur".

Ekspert onu da qeyd edib ki, bu tendensiya vəziyyəti hara apardığı isə bəllidir: "Təbii ki, növbəti amerikan böhranına... Sonra da deyirlər ki, D. Tramp nəyə görə proteksionist siyasət yürütməyə çalışır !...

Məsələ əslində, aydındır. Düzdür, ABŞ iqtisadiyyatı hazırda yüksəlişdədir, artım var, məşğulluq səviyyəsi qənaətbəxş səviyyədədir, inflyasiya nəzərdə tutulan tempdədir... Amma ölkədə təcili olaraq vergi islahatı həyata keçirilməsə, import imkanları sadələşdirilməsə və ən əsası isə dollar dünya üzrə nisbətən ucuzlaşdırılmasa, hazırki dinamik inkişaf "baş gicəllənməsi" yaradacaq. Bu isə ən pis şəkildə məhz dünya ölkələrinin başında çatlaya bilər. Özü də bu dəfə daha pis şəkildə...

Sözün qısası, Amerika iqtisadiyyatının həddindən artıq yüksəlişi də dünya ölkələri üçün bəladır, böhranlı vəziyyətlə üzləşməsi də..."

Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 499
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter