voicepress.az

SON DƏQİQƏ

Belarus neft axtarışına çıxdı

4-02-2017, 15:35

"Bu Azərbaycan, İran, Kanada və Venesuela nefti də ola bilər"

"Bilirik rus nefti olmasa, çətin olar. Amma müstəqillik daha önəmlidir, suverenlik bizimçün hər şeydən vacibdir! Biz neft tapacağıq, neft kifayyət qədərdir. Bu Azərbaycan, İran, Kanada və Venesuela nefti də ola bilər".
VOİCEPRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ötən gün mətbuat konfransında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko bildirib ki, Azərbaycandan neftlə bağlı müqavilə olub, 84 min ton neft alınıb.

"Hətta bizə endirim də elədilər və onu Ukrayna vasitəsi ilə dəmir yolu ilə gətirdik. Burda ki, Rusiya itirir. Amma onlar bizə deyir ki, Rusiya nefti uçuzdur, siz uzaqdan yanacaq ala bilmərsiz. Mənsə deyirəm ki, bizim tarixi münasibətlərimiz neftdən daha bahadır".- deyə Belarus prezidenti bildirib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 260
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter