voicepress.az

SON DƏQİQƏ

Azərbaycanda vergi orqanları ilə bağlı qaydalar dəyişdi

6-01-2017, 08:10

Nazirlər Kabineti "Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası"nda dəyişikliklər edib.

VOİCEPRESS
apa-ya istinadən xəbər verir ki, indiyə qədər Fondun vəsaitləri yalnız vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşıb.

Dəyişikliyə əsasən isə bundan sonra həm də xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun ("Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi və "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"na əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə qaytarılan əlavə dəyər vergisi məbləğindən tutulan 20 faiz həcmində xidmət haqqı da Fondda toplanılacaq.

Digər dəyişiklik bu 3 mənbədən Fonda toplanan vəsaitlərin xərclənmə istiqamətləri ilə bağlıdır. Beləliklə, birinci, indiyə qədər olduğu kimi bundan sonra da vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə istifadə ediləcək. Eyni zamanda bu halda Fondun vəsaitinin vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi vergi orqanı işçilərinə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsi, vergi orqanı işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsi, vergi orqanlarının xidmət heyətinə əməkhaqlarının ödənilməsi və həmin şəxslər vəfat etdikdə, onların vərəsələrinə müavinətlərin ödənilməsinə də xərclənəcək. Bu vəsaitlərin bir hissəsi də sosial sığorta haqlarının (vergi orqanlarının işçiləri ilə əlaqədar) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqlarının (xidməti heyət üçün) ödənilməsi, Vergilər Nazirliyi tərəfindən icarəyə götürülmüş inzibati binalara görə icarə haqlarının ödənilməsi, habelə beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə sərf olunacaq.

İkinci, xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi üzrə daxilolmalar vergi orqanları işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə ediləcək. Üçüncü, "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nda nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi üzrə daxilolmalar vergi orqanlarının işçilərinin fərdi mükafatlandırılmasına yönəldiləcək.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 339
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter