voicepress.az

SON DƏQİQƏ

Ölkənin bütün sahələrində Xanlar Kərimov təcrübəsi tətbiq olunmalıdır...

1-01-2017, 23:49

Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə milli kulinariyamızın dünya ictimaiyyətinin diqqətinə çatdırılması, milli adət-ənənələrimizin təbliğatı və tərənnüm edilməsi baxımından əvəzsiz xidmətləri olan Xanlar Kərimovdur.

Əlverişli coğrafi ərazidə yerləşən Azərbaycan turizminin önləyici inkişaf trendinin təmin edilməsi, zəngin kaloritə malik milli kulinariyamızın qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, eyni zamanda mədəniyyət və turizm sahəsində yeni nailiyyətlərin əldə olunması Xanlar Kərimovun fəaliyyət istiqamətinin prearitet mövqeyidir. Məhz ona görə də, Xanlar Kərimov bütün fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mədəniyyət və turizm sahələrinə dair imzaladığı fərman və sərəncamlara, Nazirlər Kabinetinin verdiyi göstəriş və tapşırıqlar, mövcud qanunvericiliyə uyğun olaraq qurmuş, ölkədə mədəniyyət və turizm sahələrinin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirmiş, milli mədəniyyətimizin və Azərbaycanın turizm potensialının dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına uğurla inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm nəticələrə nail olmuşdur.

Bu gün Xanlar Kərimov kimi millətini, xalqını, onun adətini, ənənəsini sevən, bütün ömrünü, həyatını Azərbaycanın zəngin milli mətbəxinin dünya miqyasında tanıdılmasına həsr etməsi digər ölkə sahibkarlarına əvəzolunmaz örnək, hətta bir məktəbdir. Bəzən bizlər xarici investorların öz ölkələrində, şəxsi mənafeyindən savayı, dövləti naminə gördüyü işləri vurğulamağı xoşlayırıq. Amma heç təsəvvür belə etmirik ki, Azərbaycanımızın özündə belə, bütün sahibkarlara örnək ola biləcək bir məktəb qədər zəngin Xanlar Kərimov kimi sahibkar var.

Əslində şəxsən tanışlığımız olmasa da, Xanlar Kərimovun fəaliyyəti və dövlət üçün, xalq üçün, tarix üçün, iqtisadiyyatımız üçün, təbliğatımız üçün gördüyü işlər mənim yox, sizlərin onu tanımaq sorunda olmağınızı gərəkdirir.

Bu gün biz Azərbaycan dövlətinin pərdə arxasında, görünməyən, onlar haqqında yazmayan amma vətən üçün, xalq üçün, millət üçün bütün ömrünü adamış şəxsiyyətləri tanımalıyıq. Xanlar Kərimov isə məhz o şəxsiyyətlərdəndir. Bu gün Qəbələ kimi Azərbaycanın görməli və səfalı məkanı məhz Xanlar Kərimovun gördüyü işlər, göstərdiyi nümunəvi xidmət və dillərə dastan olacaq milli mətbəximizin təqdimatı bütün turistlərin ilk ziyarətgahına çevrilib. Bu bir millət övladının real həyat tərzinin nümunəsidir. O yaşayır, Azərbaycan mədəni tarixini arxa fonda həm qorunması, həm də, geniş miqyasda tərənnüm edilməsi sahəsində böyük işlər görür.

Bu gün ölkənin bütün sahələrində Xanlar Kərimov təcrübəsi tətbiq olunmalıdır. Çünki Xanlar müəllimin olduqca effektli praktiki təcrübə proqramı istənilən sahənin müasir dünya praktikası tərəfindən artıq qəbul olunmuş biznes konsaltinq tərəflərinin təminatı ola bilər.






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 641
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter