voicepress.az

SON DƏQİQƏ

“Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır” - Ermənistana XƏBƏRDARLIQ

22-06-2019, 10:37

“Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır” - Ermənistana XƏBƏRDARLIQ

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.

General-leytenantın sözlərinə görə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülüb.

Baş Qərargah rəisinin müavini qeyd edib ki, ən müasir silah və texnikaların alınması, mütəmadi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır: "Bu gün Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır".

N.Osmanovun sözlərinə görə, Azərbaycan Ordusu və xalq arasında sarsılmaz birlik var: "Xalq ordumuzu dəstəkləyir, xalq ordunun yanındadır".









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 349
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter