voicepress.az

SON DƏQİQƏ

Etirazlara görə beynəlxalq tədbir təxirə salındı

1-11-2019, 01:00

Etirazlara görə beynəlxalq tədbir təxirə salındı

Çili Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitini (APEC) və BMT-nin iqlim üzrə konfransını (COP25) ləğv edib.

VOİCEPRESS xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Sebastian Pinerayanın adından məlumat yayılıb.

“Bu, çox çətin qərardır, biz APEC və COP-un keçirilməsinin vacibliyini anlayırıq”, - dövlət başçısı belə deyib.

Hakimiyyətin qərarı son həftələr bütün Çilini bürüyən və tez-tez kütləvi iğtişaşlarla nəticələnən miqyaslı etiraz aksiyaları ilə bağlıdır. Mitinqlərdə 1,2 milyondan çox insan iştirak edir. İri şəhərlərə hərbçilər və zirehli texnika yeridilib, həmçinin komendant saatı və fövqəladə vəziyyət tətbiq olunub.

Etiraz aksiyaları nəticəsində təkcə ticarət sektoruna 1,5 milyard dollar ziyan dəydiyi bildirilir.

Xatırladaq ki, APEC sammiti Santyaqoda noyabrın 16-17-də, BMT-nin iqlim üzrə konfransı isə dekabrın 2-dən 13-dək keçirilməli idi.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 204
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter