voicepress.az

SON DƏQİQƏ

Putinlə Makronun nədən danışdığı bəlli oldu

27-10-2019, 00:30

Putinlə Makronun nədən danışdığı bəlli oldu

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron ilə telefon söhbətində oktyabrın 22-də Soçidə keçirilmiş Rusiya-Türkiyə danışıqları barədə ətraflı məlumat verib.


VOİCEPRESS xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət zamanı görüşdə qəbul edilmiş memorandumda əksini tapan və Suriya münaqişəsinin bütün tərəflərinin maraqlarının nəzərə alındığı qərarların Suriyanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına kömək edəcəyi bildirilib.


Emmanuel Makron Rusiya və Türkiyə arasında əldə edilmiş razılığı yüksək qiymətləndirib. Rusiya və Fransa prezidentləri Soçi memorandumunun Suriya böhranının nizama salınmasına təkan verəcəyini vurğulayıb, Suriya Konstitusiya Komitəsinin oktyabrın 30-da Cenevrədə keçiriləcək birinci iclasının öz bəhrəsini verəcəyinə ümid ifadə ediblər.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 274
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter