voicepress.az

SON DƏQİQƏ

Türkiyə ordusu PKK hədəflərini məhv etdi - FOTO

9-10-2019, 22:30

Türkiyə ordusu PKK hədəflərini məhv etdi - FOTO

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” hərəkatını davam etdirir.

VOİCEPRESS Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri sərhəddən 30 kilometr içəriyə doğru irəliləyərək PKK/YPG-nın hədəflərini məhv edib.

Əməliyyatlara havadan F16 bombardmançı təyyarələr də cəlb olunub.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında əməliyyatlara başlamaq əmrini verdiyi anın görüntüləri yayılıb.

Rəcəb Tayyib Ərdoğan “Sülh Pınarı Hərəkatı”nın başlandığını "Tvitter" vasitəsilə elan edib.

“Türk Silahlı Qüvvələrimiz Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı “Sülh Pınarı Hərəkatı”na başlayıb. Məqsədimiz cənub sərhədimizdə qurulmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və dinclik gətirməkdir. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bölgə əhalisini terrorun pəncəsindən qurtaracağıq”.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 118
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter