voicepress.az

SON DƏQİQƏ

Tramp Şimali Koreyaya yeni “nüvə saziş”i TƏKLİF ETDİ

5-10-2019, 08:00


Donald Tramp Şimali Koreyaya yeni "nüvə təklif"i edib.

VOİCEPRESS - “Time” jurnalına istinadən xəbər verir ki, ABŞ Yonbene şəhərində yerləşən ən böyük nüvə obyektini demontaj edəcəyi təqdirdə rəsmi Pxenyana BMT-nin tekstil və daş kömürü ilə bağlı bu ölkəyə tətbiq etdiyi sanksiyaları 3 il müddətinə ləğv edəcəyini söz verib.

Eyni zamanda, Şimali Koreya rəhbərliyi uranın zənginləşdirilməsi prosesini də dayandırmalı olacaq. Yüksək vəzifəli məmurlar Trampın bu qərarını oktyabrın 1-də Milli Təhlükəsizlik Şurasının iclasında açıqladığı xəbər verilir. O, BMT-nin bu təkliflərlə razılaşmayacağı təqdirdə, ABŞ-ın birtərəfli qaydada həmin sanksiyaları ləğv edəcəyini sözlərinə əlavə edib.

Donald Tramp bundan əvvəl, Şimali Koreya lideri Kim Çen Inla 2 dəfə görüş keçirib.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 241
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter