voicepress.az

SON DƏQİQƏ

Trampın impiçmenti baş tutacaqmı? - ŞƏRH

2-10-2019, 08:30


"Düşünmürəm ki, Donald Trampı hakimiyyətdən belə sadə yolla - impiçmentlə uzaqlaşdırmaq olar”.

Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev dünən ABŞ Nümayəndələr Palatasının üzvləri tərəfindən Donald Trampa qarşı impiçment prosedurunun başladılmasını şərh edərkən bildirib.

"Tramp ABŞ-ın prezidentidir. O, hər cürə açıqlama verə bilər", - deyə politoloq deyib.

Onun sözlərinə görə, impiçment üçün qoyulan əsas məsələ Trampın öz seçki kampaniyasında Co Baydenə qarşı müəyyən taktikadan istifadə etməsi, onun haqqında vaxtilə əldə edilən müxtəlif kompromatları ələ keçirməyə çalışması və onu Ukrayna Prezidenti Vladimir Zelinskidən tələb etməsi olub:

"Bu da təbii ki, Nümayəndələr Palatasında xoşa gəlməyən bir hal kimi dəyərləndirilib və öz vəzifə səlahiyyətinlərini bu qədər aşması, eyni zamanda seçkilərdə qalib gəlmək üçün müxtəlif variantlardan istifadə etməsi kimi dəyərləndirilib".

Arzu Nağıyevin sözlərinə görə, buna cavab olaraq Zelinski müstəqil dövlətin rəhbəri olduğunu və heç kimin bu məsələyə görə ona təzyiq göstərə bilməyəcəyini bildirib.

Politoloqun fikrincə, bütün bunlar ancaq seçki öncəsi kampaniyadır və qalib gəlmək üçün müxtəlif variantlardan istifadə olunur:

"Düşünürəm ki, Tramp Birləşmiş Millətlər Təşkiltanın Baş Assambleyasının 74-cü sessiyasından sonra bu məsələyə yenidən aydınlıq gətirəcək və təbii ki, cavab verməlidir".




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 309
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter