voicepress.az

SON DƏQİQƏ

Ermənistanda dünyanın ən böyük yezidi məbədi açıldı

2-10-2019, 09:00


Sentyabrın 29-da Ermənistanda yezidi “ Tovuz mələk və yeddi mələk” ibadətgahı açılıb. Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan öz “Facebook” səhifəsində bu açılışı “rəmzi və məntiqli” adlandırıb.

VOİCEPRESS xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, işğalçı ölkədə açılan bu məbəd dünyanın ən böyük yezidi məbədidir. Mirzoyan yezidi kürdləri ilə ermənilərin birlikdə bir çox tarixi sınaqlardan keçdiyini xatırladıb. O, “Ermənistan yezidi xalqı üçün bir evdir” deyib.

Xatırladılır ki, sayı bir milyona yaxın olan yezidi kürdlərin əksəriyyəti Şimali İraqda, 20-30 mini isə Ermənistanda yaşayır.

Yezidilərin dini olan yezidilik Zərdüştlük zəminində meydana gəlib və xristianlıq, İslam və yəhudilik elementlərini ehtiva edir. Yezidilikdə tovuzquşu kimi təsvir olunan Tovuz mələk mələklərin başıdır. Hər bir yezidi Tovuz mələk üçün gündə beş dəfə ibadət etməlidir.





VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 346
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter