voicepress.az

SON DƏQİQƏ

Qətlə yetirilən jurnalistin oğlundan inanılmaz açıqlama

2-10-2019, 07:30


Ötən il qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının oğlu Salah Qaşıqçı atasının qətliylə bağlı cinayət işinin açılmasında Səudiyyə Ərəbistanının məhkəmə sisteminə etibar etdiyini deyib.

Qaynarinfo xəbər verir ki, keçən il Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən Səudiyyə jurnalisti Camal Qaşıqçının oğlu "Tvitter”dəki açıqlamasında bildirib.

O öz tvitində bunları qeyd edib: "Sevimli atamı itirməyizindən bir il ötdü. Bundan əvvəl də dediyim kimi, Səudiyyə Ərəbistanı məhkəməsinin ədaləti bərqərar edəcəyinə və bu qorxunc cinayəti işləyənlərin cəzalandırılacağına inamım sonsuzdur. Mən də atam kimi vətənə və onun rəhbərlərinə sadiq qalacağam”.

Xatırladaq ki, səudiyyəli jurnalist Qaşıqçı 2 oktyabr 2018-ci ildə evlənmək üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) iyun ayında yayımladığı 101 səhifəlik hesabatda Səudiyyə Ərəbistanını Camal Qaşıqçının qəsdən öldürməkdə ittiham edib.



VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 252
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter