voicepress.az

SON DƏQİQƏ

Putin Xəzərin hüquqi statusu ilə bağlı qanunu imzaladı

1-10-2019, 15:00


Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyası haqda qanunu imzalayıb.

VOICEPRESS
xəbər verir ki, Rusiya Prezidenti Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyası haqda qanunu bu gün imzalayıb.

Qeyd edək ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib.

Bir müddət əvvəl isə Rusiya Dövlət Duması və Rusiya Federasiya Şurası “Xəzərin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib.




VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 190
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter