voicepress.az

SON DƏQİQƏ

Əfqanıstanda prezident seçkiləri günü baş verən hücumlarda 32 nəfər həlak olub

29-09-2019, 15:00


Əfqanıstanda prezident seçkiləri günü baş verən hücumlarda azı 32 nəfər həlak olub, daha 123 insan xəsarət alıb.

VOİCEPRESS-in məlumatına görə, bu barədə yerli "Pajvok" agentliyi xəbər verib.

Məlumata görə, radikal "Taliban" hərəkatının döyüşçüləri 64 hücuma görə məsuliyyəti üzərinə götürüb.

Daha əvvəl "Khaama Press" agentliyi xəbər verib ki, Əfqanıstanın xüsusi xidmət orqanının prezident seçkiləri günü "Taliban"ın 34 döyüşçüsünü zərərsizləşdirib, daha 18 "talibançı" saxlanılıb.

Şənbə günü Əfqanıstanda prezident seçkiləri keçirilib. Seçkilər "Taliban" radikal qruplaşmanın səsverməni pozmaq niyyəti haqqında bəyanatı fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi şəraitində keçirilib.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 326
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter