voicepress.az

SON DƏQİQƏ

İranın XİN rəhbəri: "ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək"

29-09-2019, 14:25


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Vaşinqtonu kibermüharibəni başlamaqda ittiham edib.

Bu barədə o, NBC telekanalının efirində bildirib.

Zərifdən Amerika kəşfiyyat xidmətinin İranın ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışan ölkələr sırasına daxil olması barədə bəyanatlarını şərh etmək xahiş edilib.

“Bizim sizin seçkilərinizə müdaxilə etmək üçün üstünlüyümüz yoxdur. Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq, amma kibermüharibə gedir”, – deyə İranın naziri cavab verib.

O, vurğulayıb ki, kibermüharibəni ABŞ İranın nüvə obyektlərinə “təhlükəli və məsuliyyətsiz” hücüm edərək başlayıb. Zərifin fikrincə, bu, milyonlarla insanın həlak olmasına gətirib çıxara bilərdi.

Bununla yanaşı, nazir ABŞ və İsrail tərəfindən İranın nüvə proqramına zərər vermək üçün hazırlanan “Stuxnet” virusunu xatırladıb.

Zərif həmçinin vurğulayıb ki, “ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək”.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 323
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter