voicepress.az

SON DƏQİQƏ

Vaşinqton-Moskva gərginliyi Yerevana keçdi – Paşinyan pis duruma düşdü

28-09-2019, 22:43


ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiani Yerevana gələn həftə planlaşdırılan səfərini ləğv edib.

VOİCEPRESS xəbər verir ki, “Wasington Post”a danışan keçmiş mer “Avrasiya kontinentinin tranzit potensialı” konfransına qatılmalı idi.

Amma həmin konfransda Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin olacağını bildikdən sonra səfər proqramını ləğv edib.

“Putinin orda olacağını bilmirdim. Yoxsa öncədən bu konfransda iştirakdan imtina edərdim”-deyə Rudolf Culiani qərarını izah edib.

Beləliklə, Yerevan konfransına gələcək yeganə amerikalı dövlət rəsmisi də bundan vaz keçib. Erməni nəşrləri baş nazir Nikol Paşinyanın Moskva –Vaşinqton gərginliyi fonunda çətin duruma düşdüyünü və konfransın nüfuzunun bundan zərər gördüyünü yazır.





VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 204
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter