voicepress.az

SON DƏQİQƏ

Tramp: “İrana qarşı sanksiyalar aradan qaldırılmayacaq”

27-09-2019, 18:46


ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Həsən Ruhaninin ölkəsinə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması ilə bağlı fikrinə münasibət bildirib.

VOİCEPRESS-in xəbərinə görə, ABŞ Prezidenti “Twitter”də bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılmayacaq.

“İran görüş üçün onlara qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını tələb edir. Əlbəttə ki, mən yox dedim!”, - D. Tramp qeyd edib.

Xatırladaq ki, İran dövlət başçısı nüvə sazişi üzrə danışıqların aparılması üçün ölkəsinə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 105
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter