voicepress.az

SON DƏQİQƏ

Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək

16-09-2019, 09:42


Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 6-ci Sammiti Tehran şəhərində baş tutacaq.

VOICEPRESS xəbər verir ki, bu barədə üç ölkə liderinin İran prezidenti Həsən Ruhaninin saytında dərc edilmiş birgə bəyanatında deyilir.

Mətndə qeyd olunub ki, prezidentlər Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan növbəti üçtərəfli sammitin Tehranda keçirilməsinə dair razılığa gəliblər.

Bildirilib ki, sammitdə regional və beynəlxalq məsələlər, habelə müxtəlif sahələrdə əməkdaşlıq müzakirə ediləcək.

Açıqlamada İsrailin Suriya ərazisinə zərbələr endirməsi Yaxın Şərq bölgəsində gərginliyi artırdığı da bildirilib.




VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 162
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter