voicepress.az

SON DƏQİQƏ

Qasırğa nəticəsində 2500 nəfər itkin düşüb

12-09-2019, 10:00

Qasırğa nəticəsində 2500 nəfər itkin düşüb

Baham adalarında “Dorian” qasırğasından sonra təxminən 2500 insan itkin düşmüş hesab olunur.


VOICEPRESS xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baham adalarının fövqəladə hallar üzrə Milli Agentliyinin nümayəndəsi Karl Smit keçirdiyi mətbuat konfransında məlumat verib.


“Məlumat bazası üzərində işləyirik. İtkin düşənlərin siyahısı hələlik rəsmi qurumlar tərəfindən təxliyyə edilmiş və sığınacaqlara yerləşdirilmiş şəxslərin qeydləri ilə müqayisə olunmayıb”, - deyə Smit bildirib.


Qeyd edək ki, qasırğa sentyabrın 1-də arxipelaqda ciddi fəsadlara yol açıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 50 nəfər ölüb. Adalarda 13 minə yaxın bina zədələnib və ya dağılıb, geniş ərazilər su altında qalıb.


VOICEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 130
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter