voicepress.az

SON DƏQİQƏ

Alman polisi 7 azərbaycanlını həbs edib

7-09-2019, 00:30


Almaniyanın Deggendorf şəhərinin polisi Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında baş vermiş kütləvi dava nəticəsində 7 azərbaycanlının barəsində həbs qətimkan tədbiri qərarı verib.

VOICEPRESS.AZ yerli mediaya istinadən xəbər verir ki, Azərbaycandan olan 27, 34, 37 və 39 yaşlı yeddi vətəndaşa qarşı polisə müqavimət ittihamı ilə həbs qərarı seçilib.

Məlumata görə, digər 38 yaşlı azərbaycanlı isə İtaliyaya deportasiya olunması üçün hazırda həbsdədir.

Qeyd edilir ki, azərbaycanlılarla yanaşı 28 yaşlı bir nigeriyalı da həbs edilib.

Xatırladaq ki, Almaniyanın Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında kütləvi dava baş verib. Qarşıdurma zamanı 3 düşərgə gözətçisi və 2 polis əməkdaşı daxil olmaqla 9 nəfər yaralanıb. Eyni zamanda qaçqın düşərgəsinin binasına ciddi maddi ziyan vurulub.




VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 237
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter