voicepress.az

SON DƏQİQƏ

Floridada fövqəladə vəziyyət: Tramp xarici səfərini təxirə saldı

30-08-2019, 00:00


ABŞ prezidenti Donald Tramp "Dorian" qasırğasının yaxınlaşması ilə əlaqədar Florida ştatı ərazisində fövqəladə vəziyyət elan olunması ilə bağlı sərəncam imzalayıb.

VOİCEPRESS
-in verdiyi xəbərə görə, TASS Ağ evin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı təbii fəlakətin zərərlərini azaltmaq üçün öncədən tədbirlərin görülməsi məqsədi ilə federal yardım ayrılması ilə bağlı göstəriş verib.

Qeyd edək ki, ABŞ sinoptikləri ölkənin şərq sahillərindən saatda 110 kilometr sürətlə hərəkət edən "Dorian" qasırğasının məhz hansı ştatlarda qeydə alınacağını tam dəqiqləşdirə bilmirlər. Meteoroloqların fikrincə, Baham adaları və Floridanı daha çox təhlükə gözləyir.

Gözlənilən qasırğa səbəbindən Tramp Polşaya səfərini təxirə salıb.




VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 132
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter