voicepress.az

SON DƏQİQƏ

ABŞ ordusu Əfqanıstanı tərk edir

30-08-2019, 19:30


Amerika Birləmiş Ştatlarının prezidenti Donald Tramp Əfqanıstanda yerləşdirdiyi əsgər sayını azaldacaq.

VOICEPRESS.AZ xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstanda 14 minə yaxın əsgəri var. Əfqanıstandakı Taliban hərəkatı ilə razılaşmada əsgər sayının 8 min 600-ə qədər azalacağı gözlənilir.

ABŞ prezidentinin verdiyi açıqlamada bildirilir ki, əsgərlərin sayı azaldıldıqdan sonra qarşıda bu istiqamətdə başqa işlər olacaq.

Tramp onu da deyib ki, Taliban hərəkatı ilə danışıqlar planlaşdırılsa da hələ bu sahədə bir qədər tərəddüd edir.

Qeyd edək ki, Taliban hərəkatı 1994-cü ildə formalaşıb. Taliban tərəfindən idarə olunan ərazilərdə ciddi izlənilən şəriət qanunları yeridilir. Televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı (ağ rəng – taliban hərəkatının bayrağıdır), açıq formada seks və bu kimi mövzular danışmaq qadağandır. Hərəkat bütün Əfqanıstanda zor tətbiq edib , hökumətlə mübarizə apararaq hakim qüvvəyə çevrilmək niyyətindədir.




VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 110
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter