voicepress.az

SON DƏQİQƏ

Polşada erməni təxribatının qarşısı alındı

28-03-2019, 19:16

Polşada erməni təxribatının qarşısı alındı

Polşada erməni təxribatının qarşısı alınıb.

Azərbaycanın bu ölkədəki səfirliyindən virtualaz.org-a verilən məlumata görə, Poznan şəhərində “Little Armenia” adlı restoranın girişində quraşdırılmış lövhədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan təsvir verilib.

Belə ki, sözügedən təsvirdə Ermənistanın xəritəsi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə birgə göstərilirdi.

Sözügedən qəbuledilməz təsvirin “Little Armenia” adlı restoranın üzərindəki lövhədən yığışdırlması istiqamətində səfirlik tərəfindən fəaliyyətə başlanıb.

Bununla əlaqədar Polşanın müvafiq qurumlarına etiraz məktubları göndərilib və müvafiq görüşlər keçirilib.

Səfirlik tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd edilən təsvir restoranın üzərindən götürülüb: "Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan, eləcə də Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərimizdə həyata keçirilən bütün qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərimizin diqqət mərkəzindədir".








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 630
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter