voicepress.az

SON DƏQİQƏ

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

18-02-2019, 22:39

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 23-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb.

Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildirlər.

Məlumatda bildirilir ki, sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında “Uzanan münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri”, “ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində effektiv idarəetmə”, “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ATƏT PA-nın İpək Yoluna dəstək qrupunun tədbirlərinə qatılacaq, Avstriyanın İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən “Twin-Continent-1520” adlı yeni innovativ layihə ilə tanış olacaqlar.

Səfər çərçivəsində Vyanada İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası da keçiriləcək. Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev son bir ildə görülən işlər və gələcək fəaliyyət haqqında üzv ölkələrin nümayəndələrinə məlumat verəcək. İclasda İtaliyanın qrupa üzvlük haqqında etdiyi müraciət, Qrupun 2019-cu ildə təşkil edəcəyi Beynəlxalq İpək Yolu Konfranslarına hazırlıq və digər məsələlər müzakirə olunacaqdır.





VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 800
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter